Sumqayıt şəhərində həyata keçirilən və davam edən “Acıdərə” kanalının yenidən qurulması layihəsinin davam etdirilməsi, “Yaşıldərə” yaşayış massivi və 76-cı məhəllə ərazisində formalaşan tullantı suların idarə olunmasının əsaslı təmiri” adlı əhəmiyyətli bir layihəmizi sizlərə təqdim etməkdən məmnunluq duyarıq!
Bu uzunmüddətli təşəbbüs ətraf mühitin dayanıqlılığını artırmaq və sakinlərin həyat şəraitini yaxşılaşdırmaq məqsədilə həyata keçirilməkdədir.
Bununla biz:
✅ Tullantı sularının idarəetmə sisteminin modernləşdirilməsi
✅ Ətraf mühitin çirklənməsinin qarşısının alınması
✅ Daha təmiz və sağlam şəhər mühitinin yaradılması
✅ İnfrastrukturun gələcək nəsillər üçün gücləndirilməsi
istiqamətində irəlləyirik!
Bu layihə ilə Sumqayıtı daha davamlı və ekoloji cəhətdən təmiz bir şəhərə çevirmək yolunda mühüm addım atırıq. Təmiz şəhər – daha yaxşı gələcək deməkdir!
Gördüyümüz işlərlə yaxından tanış olmaq üçün bizi izləyin!