Culfa şəhərində binaların istilik sistemləri yenidən qurulur

Naxçıvan Muxtar Respublikasının Culfa şəhərində yerləşən 8 ədəd yaşayış binasının istilik sistemlərinin yenilənməsi üçün 01 noyabr 2024-cü ildə Culfa Rayon İcra Hakimiyyəti tərəfindən keçirilən açıq tenderin qalibi olmuş “Puva İnşaat” işlərə start vermişik.

Şirkətin əməkdaşları sıradan çıxmış, istismar müddəti bitmiş dəmir boruları müasir texnoloji standartlarla hazırlanmış plastik borularla əvəz edirlər. Həyata keçirilən işlər şəhər sakinlərini daha təhlükəsiz şəkildə istiliklə təmin etməklə yanaşı, həm də enerji ehtiyatlarından səmərəli istifadə olunmasına mühüm töhfə verəcək.

“Puva İnşaat” – rahatlığınızın və gələcəyinizin memarı.