“Azadqaraqoyunlu-Ağdam” Qaz Kəmərinin və QPS Quraşdırılmış “Ağdam QPS” Filialının tikintisi
Puva Construction & Engineering daha bir böyük nailiyyəti elan etməkdən qürur duyur! Diametri D530 mm, ümumi uzunluğu 31,3 km olan “Azadqaraqoyunlu-Ağdam” qaz kəmərinin və “Ağdam QPS” qolunun, o cümlədən evakuasiya kameraları, bağlayıcı siyirtmələr, Y tipli ayırıcı qurğular kimi əsas qurğuların tikintisini uğurla başa çatdırmışıq.
Bu mühüm layihə 16 iyun 2023-cü il – 25 yanvar 2024-cü il tarixləri arasında “Nort Vest Konstrakşn” MMC üçün həyata keçirilmişdir və regionun enerji infrastrukturunun gücləndirilməsində mühüm addımdır.